Burundinin paytaxtı başqa şəhərə köçürüləcək

Burundinin paytaxtı başqa şəhərə köçürüləcək Bakı. 23 dekabr. REPORT.AZ/ Mərkəzi Afrika dövlətlərindən olan Burundinin paytaxtı köçürüləcək.
Digər ölkələr
23 Dekabr , 2018 01:33
Burundinin paytaxtı başqa şəhərə köçürüləcək

Bakı. 23 dekabr. REPORT.AZ/ Mərkəzi Afrika dövlətlərindən olan Burundinin paytaxtı köçürüləcək.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Pyerr Nkurunzizanın sözçüsü Jan Klod Karerşa Ndenzako özünün "Twitter" hesabında yazıb.

O, bildirib ki, ölkənin yeni paytaxtı Gitega olacaq. Hazırkı paytaxt Bujumbura isə iqtisadi mərkəz kimi qalacaq. Prezidentin rəsmi nümayəndəsi yeni ildən etibarən Giteganın paytaxt olaraq qəbul edilməsi ilə bağlı göstəriş aldığını deyib.

Jan Klod Karerşa Ndenzako qeyd edib ki, 2019-cu ildən Nazirlər Şurası Gitegada toplanacaq. İlkin mərhələdə həmin şəhərə 5 nazirlik köçürüləcək. 

Son xəbərlər

Orphus sistemi