Obama: "Yaxın Şərqdəki münaqişəni Fələstin dövləti yaradılmadan həll etmək mümkün deyil"

Obama: "Yaxın Şərqdəki münaqişəni Fələstin dövləti yaradılmadan həll etmək mümkün deyil" "Münaqişənin həlli üçün qiymətli vaxt əldə çıxır"
Digər ölkələr
19 Yanvar , 2017 01:09
Obama: Yaxın Şərqdəki münaqişəni Fələstin dövləti yaradılmadan həll etmək mümkün deyil

Bakı. 19 yanvar. REPORT.AZ/ "Yaxın Şərqdəki münaqişə bütöv Fələstin dövləti yaradılmadan həll edilə bilməz".

"Report" xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama dövlət başçısı qismində keçirdiyi sonuncu mətbuat konfransında deyib.

O, həmçinin qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin hazırkı vəziyyəti İsrail üçün təhlükəlidir, Fələstinə və ABŞ-ın təhlükəsizliyinə xələl gətirir.

Obamanın sözlərinə görə, fələstinlilər və israillilər anlamalıdırlar ki, regional münaqişənin həlli üçün qiymətli vaxt əldə çıxır.

ABŞ prezidenti status-kvonu qeyri-stabil hesab etdiyini də qeyd edib.

Son xəbərlər

Orphus sistemi