Obama Vaşinqtonda kirayə qaldığı evi 8 milyon dollara alıb

Obama Vaşinqtonda kirayə qaldığı evi 8 milyon dollara alıb Evdə 9 yataq otağı və 8 vanna otağı var
Digər ölkələr
1 İyun , 2017 08:19
Obama Vaşinqtonda kirayə qaldığı evi 8 milyon dollara alıb

Bakı. 1 iyun. REPORT.AZ/ ABŞ-ın sabiq dövlət başçısı Barak Obama və həyat yoldaşı Mişel prezidentlik müddəti bitdikdən sonra Vaşinqtonun dəbdəbəli rayonunda kirayə qaldıqları evi 8,1 milyon dollara alıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

"Sabiq prezident və xanım Obamanın ən azı 2 il yarım Vaşinqtonda yaşayacağını nəzərə alsaq, onlar üçün kirayə qalmaqdansa evi almaq daha ağlabatandır", — deyə Obamanın nümayəndəsi Kevin Lyuis telekanala bildirib.

Məlumata görə, evdə 9 yataq otağı və 8 vanna otağı var.

Son xəbərlər

Orphus sistemi