Obama ilə Ərdoğan Suriya, İraq, Yəmən və Ukrayna mövzularını müzakirə ediblər

Obama ilə Ərdoğan Suriya, İraq, Yəmən və Ukrayna mövzularını müzakirə ediblər ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Digər ölkələr
26 Mart , 2015 23:58
Obama ilə Ərdoğan Suriya, İraq, Yəmən və Ukrayna mövzularını müzakirə ediblər

Bakı. 26 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ilə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Report"un "RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, iki lider, Suriya və İraqdaki vəziyyətlə yanaşı Yəmən və Ukrayna mövzularını müzakirə ediblər.

İki milyona yaxın suriyalı qaçqının Tükiyədə yerləşdirilməsinə görə Ərdoğana təşəkkür edən Obama, regional məsələlərdə Türkiyə ilə sıx əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi