Yuxarı

Jair Bolsonaru Braziliya prezidenti səlahiyyətlərinin icrasına başlayıb

O parlamentin Aşağı Palatasının xüsusi iclasında and içib

Bakı. 1 yanvar. REPORT.AZ/ Braziliyada keçirilən prezident seçkilərində qalib gələn Jair Bolsonaru rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb.

Bu barədə "Report" "Globo"ya iatinadən xəbər verir.

Qeyd edilir ki, o, ölkə parlamentinin Aşağı Palatasının xüsusi iclasında and içib.

Braziliyanın sağ Sosial-Liberal Partiyasından olan Jair Bolsonaru prezident seçkilərində Zəhmətkeşlər Partiyasından olan namizəd Fernandu Addada qalib gəlib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi