Braziliyada iki namizəd prezident seçkilərinin II turuna keçib

Braziliyada iki namizəd prezident seçkilərinin II turuna keçib Bakı. 8 oktyabr. REPORT.AZ/ Braziliyanın sağ Sosial-Liberal Partiyasından olan namizəd Jair Bolsonaru və sol Zəhmətkeşlər Partiyasından olan namizəd Fernandu Addad ölkədə keçirilən prezident seçkilərinin II turuna keçib.
Digər ölkələr
8 Oktyabr , 2018 05:57
Braziliyada iki namizəd prezident seçkilərinin II turuna keçib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Braziliyanın sağ Sosial-Liberal Partiyasından olan namizəd Jair Bolsonaru və sol Zəhmətkeşlər Partiyasından olan namizəd Fernandu Addad ölkədə keçirilən prezident seçkilərinin II turuna keçib.

"Report" "Globo"ya istinadən xəbər verir ki, seçki bülletenlərinin 98 faizinin hesablanmasından sonra Bolsonaru seçicilərin 46,46 faizinin, Addad isə 28,69 faizinin səsini toplayıb.

Oktyabrın 7-də Braziliyada ümumi seçkilər keçirilib.

Ölkə sakinləri parlament deputatlarını, ştatların qanunverici palataları və qubernatorlarını, həmçinin prezidenti seçmək üçün səs veriblər.

Son xəbərlər

Orphus sistemi