Nyu-Yorkda naməlum şəxs atəş açıb, bir nəfər ölüb

Nyu-Yorkda naməlum şəxs atəş açıb, bir nəfər ölüb Bakı. 3 may. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda atışma baş verib.
Digər ölkələr
3 May , 2018 15:26
Nyu-Yorkda naməlum şəxs atəş açıb, bir nəfər ölüb
WNBC-TV

Bakı. 3 may. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda atışma baş verib.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Polisin məlumatına görə, naməlum şəxs gecə yarısına yaxın yolsuzluq avtomobilində Bristol stritdəki yaşayış kompleksinə yaxınlaşaraq insanlara atəş açmağa başlayıb.

Atışma nəticəsində 18 yaşlı yeniyetmə qarın boşluğundan aldığı güllə yarasından ölüb, başından yaralanmış başqa bir şəxs isə ağır vəziyyətdə xəstəxanadadır. İki nəfər hadisə zamanı avtomobillə həmin küçədən keçərkən yaralanıb.

Bu hadisədən, təxminən, iki saat sonra insident yerindən iki kvartal aralıda daha bir nəfər ayağından yaralanıb.

Hazırda polis iki şübhəlini - atəş açan şəxsi və sonradan atılmış vəziyyətdə tapılmış avtomobilin sürücüsünü axtarır.

Son xəbərlər

Orphus sistemi