Yuxarı

Nyu-Yorkda bıçaqla silahlanmış qadın uşaq bağçasına hücum edib, yaralananlar var

Nyu-Yorkda bıçaqla silahlanmış qadın uşaq bağçasına hücum edib, yaralananlar var
Dinlə

50

Bakı. 21 sentyabr. REPORT.AZ/ Nyu-Yorkda uşaq bağçasına silahlı hücum edilib. 

Bu barədə "Report" xarici KİV-lərə istinadən xəbər verir. 

Polisə hadisə ilə bağlı məlumat yerli vaxtla səhər saat 3.40-da daxil olub. 

Polisdən bildirilib ki, hadisəni törədən bıçaqla silahlanmış 52 yaşlı qadın özünə də xəsarət yetirib. O, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Hücum nəticəsində 5 nəfər, o cümlədən 3 uşaq yaralanıb. Həmçinin uşaq bağçasının bir əməkdaşı və valideynlərdən biri də xasarət alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi