ABŞ-ın Nyu-York ştatında COVID-19 virusundan ölənlərin sayı 778 nəfər artaraq 10 843 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı ştatın qubernator Andrü Kuomo məlumat verib.
O, aprelin 6-dan etibarən gündəlik ölənlərin sayının 671-783 arasında dəyişdiyini söyləyib.
Bununla belə dünəndən xəstəxanalara yerləşdirilənlərin sayının 1 957 nəfərdən 1 649 nəfərədək azaldığı diqqətə çatdırılıb.