Bakı. 11 may. REPORT.AZ/ ABŞ-ın təhlükəsizlik naziri Kirsten Nilsen çərşənbə günü vəzifəsindən istefa vermək niyyətində olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti administrasiyadakı xüsusi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, buna səbəb prezident Donald Trampın hökumət üzvləri arasında onu məzəmmət etməsi olub. Təhlükəsizlik naziri istefası ilə bağlı prezidentə məktub yazıb, amma sonradan onu dövlət başçısına göndərməyib.
Qəzet xatırladıb ki, Nilson Ağ Ev Aparatının rəhbəri Con Kellinin havadarıdır.