Yuxarı

Norveçdə 1300 nəfəri daşıyan kruiz gəmi təxliyyə olunur

​Norveçdə 1300 nəfəri daşıyan kruiz gəmi təxliyyə olunur

Norveçin qərb sahillərində göyərtəsində təqribən 1300 sərnişin və heyət üzvünün olduğu "Vikings Sky" kruiz laynerinin mühərriklərinin dayanması səbəbindən, xilasedicilər insanları təxliyyə etməyə başlayıblar.

“Report” xəbər verir ki, bu barədə Norveç polis və xilasedicilərinə istinadən yerli "Verdens Gang" qəzeti yazıb.

Gəmi sahilə tərəf dreyf etməyə başladıqdan sonra qəza siqnalı verib. Bir müddət sonra heyət üzvləri laynerin mühərriklərindən birini işə sala və sahildən təqribən 2 km aralıda lövbər sala bilib.

Xilasetmə əməliyyatında 4 vertolyot və bir neçə gəmi iştirak edir. Xilas edilən sərnişinlər vertolyotlar vasitəsi ilə Molde şəhəri yaxınlığındakı müvəqqəti saxlanma məntəqəsinə aparılırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi