Nobel mükafatçısı Tomas Şellinq 95 yaşında vəfat edib

Nobel mükafatçısı Tomas Şellinq 95 yaşında vəfat edib O, Merilend ştatındakı evində dünyasını dəyişib
Digər ölkələr
15 Dekabr , 2016 04:52
Nobel mükafatçısı Tomas Şellinq 95 yaşında vəfat edib

Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ-da iqtisadçı və iqtisadiyyat üzrə Nobel mükafatı laureatı olan 95 yaşlı Tomas Şellinq vəfat edib.

"Report" "The New York Times"a istinadən xəbər verir ki, onun vəfatı xəbərini mərhumun Merilend Universitetindən olan həmkarı Riçard Zekhauzer təsdiq edib.

Şellinq dekabrın 13-də Merilend ştatının Betesda şəhərindəki evində keçinib.

O, Nobel mükafatını 2005-ci ildə "münaqişə problemi anlayışının genişləndirilməsi və onun oyun nəzəriyyələri çərçivəsində təhlilin köməkliyi ilə kooperasiyası" üzrə gördüyü işə görə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi