Nikaraquada yeni etirazlar zamanı 6 nəfər xəsarət alıb

Nikaraquada yeni etirazlar zamanı 6 nəfər xəsarət alıb Toqquşma tələbə və polislər arasında baş verib
Digər ölkələr
4 May , 2018 04:50
Nikaraquada yeni etirazlar zamanı 6 nəfər xəsarət alıb

Bakı. 4 may. REPORT.AZ/ Cümə axşamı Nikaraquada yeni etiraz aksiyaları zamanı azı 6 nəfər xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Noticias24" portalı məlumat yayıb.

Toqquşma Manaquada Texniki Universitetin tələbələri ilə polis arasında baş verib.

Tələbələrin nümayəndələri bildiriblər ki, ən azı bir zərərçəkmiş ağır vəziyyətdədir.

Nikaraquada etiraz aksiyaları aprelin 18-də hökumət tərəfindən pensiyalarla bağlı təklif olunan islahatlar fonunda başlayıb. Prezident Daniel Orteqa artıq onu ləğv edib. Etiraz aksiyaları zamın onlarla insan həyatını itirib.

Son xəbərlər

Orphus sistemi