Yuxarı

Nikaraquada etiraz aksiyası zamanı ölənlərin sayı 154 nəfərə çatıb

Nikaraquada etiraz aksiyası zamanı ölənlərin sayı 154 nəfərə çatıb

Bakı. 14 iyun. REPORT.AZ/ Nikaraquada kütləvi etiraz aksiyaları zamanı ölənlərin sayı 154 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı yerli İnsan Haqları Mərkəzi məlumat yayıb.

"Caraota Digital" portalının məlumatına görə, bu siyahıya təkcə təsdiq edilmiş ölənlər daxildir. Ona görə, ölənlərin ümumi sayı arta bilər. Çünki başqa öldürülənlər və itkin düşənlər barədə məlumatlar var, lakin bu məlumatlar rəsmi deyil.

Bundan əvvəl ölənlərin sayının 146 nəfər olduğu bildirilirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi