Nigeriyada partlayış nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb

Nigeriyada partlayış nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb İki insident zamanı 57 nəfər yaralanıb
Digər ölkələr
10 Dekabr , 2016 03:35
Nigeriyada partlayış nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən Madaqali şəhərindəki bazarın iki müxtəlif hissəsində törədilən partlayış nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə dairə hakimiyyətinin sədri Yusuf Məhəmmədə istinadən "Reuters" məlumat yayıb.

Bundan əvvəl ölənlərin 45 nəfər olduğu bildirilirdi.

Məhəmmədin sözlərinə görə, insident nəticəsində daha 57 nəfər yaralanıb.

Terror aktlarına görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi