Yuxarı

Nigeriyada neft kəmərinin partlaması nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb

Nigeriyada neft kəmərinin partlaması nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Nigeriyanın Abiyə ştatından keçən neft kəmərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Fövqəladə Vəziyyətlərin İdarəedilməsi üzrə Milli Agentliyə istinadən "Eagle Online" nəşri məlumat yayıb.

Agentliyin əlaqələndiricisi Evans Uqo bildirib ki, hadisə neft kəmərinə kifayət qədər texniki xidmətin göstərilməməsi ilə bağlı baş verə bilər. Onun sözlərinə görə, yerli sakinlər hakimiyyət orqanlarını hadisə barədə xəbərdar etmək əvəzinə, kəmərdən axan nefti yığmağa çalışıblar.

"Mənim komandam partlayış yerinə gedib və orada aşkar edib ki, hadisə qurbanları neft kəmərinin sızmasından istifadə edərək, onları alov bürüyənədək, neft yığmağa çalışıblar", — deyə Uqo bildirib.

Qeyd edək ki, hadisə ötən həftənin beşinci günü baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi