Yuxarı

Nigeriya yeni prezidenti dəstəkləmək üçün Qambiyaya qoşun göndərir

Nigeriya yeni prezidenti dəstəkləmək üçün Qambiyaya qoşun göndərir
Ölkədə siyasi böhran dekabrın sonlarında başlayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Nigeriya yeni prezidenti dəstəkləmək üçün Qambiyaya qoşun göndərmək üzrə olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qambiyanın yeni seçilmiş dövlət başçısı Adama Barrou rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Onun andiçmə mərasimi Qambiyanın Seneqalın paytaxtı Dakardakı səfirliyində baş tutub. Mərasim zamanı Qambiya ərazisi üzərində Nigeriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarələri uçuş edib.

Qambiyada siyasi böhran 2016-ci ilin dekabr ayının sonlarında ölkə prezidenti Yəhya Cammenin seçkilərin nəticələrini tanımadığını bəyan etməsindən və postunu tərk etmək istəməməsindən sonra başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi