Nigerdə fermerlər və maldarlar arasında toqquşmalar zamanı 18 nəfər həlak olub

Nigerdə fermerlər və maldarlar arasında toqquşmalar zamanı 18 nəfər həlak olub Toqquşma zamanı 43 nəfər yaralanıb
Digər ölkələr
2 Noyabr , 2016 03:22
Nigerdə fermerlər və maldarlar arasında toqquşmalar zamanı 18 nəfər həlak olub

Bakı. 2 noyabr. REPORT.AZ/ Nigerin qərbindəki Taxua regionunda fermerlər və maldarlar arasındakı kütləvi toqquşmalar baş verib. 

"Report"un məlumatına görə, bu barədə "AFP" agentliyi bildirib.

Məlumata görə, qarşıdurma zamanı azı 18 nəfər həlak olub, 43 nəfər yaralanıb. Belə ki, yerli maldarlardan birinin iri buynuzlu mal-qara sürüsü fermerlərə məxsus taxıl sahəsini məhv edib. Bu isə qarşıdurmaya səbəb olub.

Toqquşmalar zamanı həmçinin bir neçə ev yandırılıb. Münaqişənin daha da genişlənməməsi üçün hadisə yerinə təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb edilib. 

Qeyd edək ki, Nigerdə fermerlər və maldarlar arasında münaqişələr məhsul yığımı dövründə tez-tez baş verir. 

Son xəbərlər

Orphus sistemi