Yuxarı

Netanyahu Trampın sülh planı əsasında fələstinlilərlə danışıqlara razıdır

Netanyahu Trampın sülh planı əsasında fələstinlilərlə danışıqlara razı

60

İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtonda ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında Ağ Ev rəhbərinin sülh planı əsasında fələstinlilərlə danışıqlar aparmağa hazır olduğunu bildirib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Mən bu sülh planı əsasında Fələstin tərəfi ilə danışıqlar aparmağa razıyam. Əgər fələstinlilər İsrailin yəhudi dövləti kimi tanınmasına hazırdırsa, İsrail dərhal sülh haqqında danışıqlara başlamağa hazırdır", - o əlavə edib.

Netanyahunun sözlərinə görə, Trampın təklif etdiyi "əsrin sazişi" "münaqişənin kökünə - İsrailin fələstinlilər tərəfindən yəhudi dövləti kimi tanınması zəruriliyinə müraciət edir".

"Bu gün siz parlaq gələcəyə yol, israillilər, fələstinlilər və region üçün parlaq gələcək yolu, uzunmüddətli sülhə həqiqi yol göstərdiniz", - İsrail Nazirlər Kabinetinin başçısı Ağ Ev rəhbərinə müraciətində söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi