"İsrail kəşfiyyatının bizi izləməsinə inanmıram, ancaq hər şey mümkündür”.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrailin Ağ ev yaxınlığında izləmə aparatları yerləşdirməsi barədə iddialara münasibət bildirərkən deyib.
Xatırladaq ki, sentyabrın 12-də “Politico” saytı İsrailin Ağ ev və Vaşinqtondakı başqa dövlət qurumları yaxınlığında mobil telefonlar vasitəsilə izlənilən aparatlar yerləşdirməsi haqqında yazı dərc edib. Məqalədə vurğulanıb ki, ABŞ hökuməti buna görə İsrailin məsuliyyət daşıdığını təsdiqləyib.
“Newsru.co” isə bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu, xarici işlər naziri İsrael Kas, eləcə də İsrail xüsusi xidmət orqanlarının keçmiş nümayəndələri ABŞ-a qarşı casusluğu qəti şəkildə təkzib ediblər. B.Netanyahu Rusiyanın Soçi şəhərinin hava limanına enən kimi ölkəsinin ABŞ-ı izlədiyinə dair məlumatı təkzib edən bəyanat verib: “Casusluq ittihamı yalan və böhtandır. ABŞ-da kəşfiyyat məlumatları toplanılmamasına dair mənim dəqiq tapşırığım var. Bu tapşırığa tamamilə əməl olunur”.
İsrail Hərbi kəşfiyyatı “AMAN”ın keçmiş rəisi Amos Yadlin isə bildirib ki, bu, saxta, antisemitizmin istiqamətləndirdiyi xəbərdir.
Onun sözlərinə görə, İsrailin siyasətində artıq bir neçə on ildir ABŞ-a qarşı casusluq etmək qəti qadağan olunub.