Yuxarı

Netanyahu hələ uzun illər İsrailə rəhbərlik etmək niyyətindədir

Netanyahu hələ uzun illər İsrailə rəhbərlik etmək niyyətindədir
Baş nazir KİV-də haqqında sui-istifadə halları ilə bağlı yazılanları rədd edib

Bakı. 17 yanvar. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu mətbuatda haqqında sui-istifadə halları ilə bağlı yazılan ittihamları yenidən rədd edib, "Likud" partiyası və yəhudi dövləti hökumətinə hələ uzun illər rəhbərlik etmək niyyətində olduğunu bildirib.

"Report" xəbər verir ki, o bunu parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.

"Son günlər mənə qarşı KİV-də böyük kampaniya aparılır, məqsəd rəhbərlik etdiyim hökuməti devirməkdir. Mən "Likud" və dövlətə sizin və Allahın köməkliyi ilə hələ uzun illər rəhbərlik etmək niyyətindəyəm", - deyə baş nazir əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi