Netanyahu BMT-də Qüdslə bağlı qətnaməni blokladığına görə ABŞ-a təşəkkür edib

Netanyahu BMT-də Qüdslə bağlı qətnaməni blokladığına görə ABŞ-a təşəkkür edib Bakı. 19 dekabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu BMT-nin Təhlükəsizlik Şurasında Qüdslə bağlı qətnaməni blokladığına görə ABŞ prezidenti Donald Trampa və Birləşmiş Ştatların BMT yanındakı daimi nümayəndəsi Nikki Heylə təşəkkür edib.
Digər ölkələr
19 Dekabr , 2017 04:20
Netanyahu BMT-də Qüdslə bağlı qətnaməni blokladığına görə ABŞ-a təşəkkür edib

Bakı. 19 dekabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu BMT-nin Təhlükəsizlik Şurasında Qüdslə bağlı qətnaməni blokladığına görə ABŞ prezidenti Donald Trampa və Birləşmiş Ştatların BMT yanındakı daimi nümayəndəsi Nikki Heylə təşəkkür edib.

"Report" TASS-a istinadən xəbər verir ki, İsrailin hökumət başçısı müvafiq bəyanatı "Facebook" sosial şəbəkəsində yerləşdirib.

"Siz həqiqət şamını yandırdınız. Siz qaranlığı qovdunuz. Bir döyüşçü orduya qalib gəldi, həqiqət yalana qalib gəldi", - deyə yəhudi dövlətinin hökumət başçısı bildirib.

ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi qəbul edilməsi qərarına qarşı BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbul edilməsi rəsmi Vaşınqton tərəfindən bloklanıb. Ağ Ev rəhbəri Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı olduğunu qəbul edib və ölkəsinin səfirliyini bu şəhərə köçürülməsi barədə göstəriş verib.

Son xəbərlər

Orphus sistemi