Bakı. 24 yanvar. REPORT.AZ/ "Venesuelada dövlət çevrilişi baş verir".
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu mətbuat konfransında ölkənin müdafiə naziri Vladimir Padrinyo Lopes bildirib.
“Qanuni hakimiyyətə, demokratiyaya, legitim Prezident Nikolas Maduroya qarşı yönələn dövlət çevrilişi barədə xəbərdarlıq edirəm”, - deyə o vurğulayıb.
Bundan əvvəl nazir ordunun Xuan Quaydonu Prezident kim tanımadığını bildirmişdi.