Bakı. 21 iyul. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, İranın nüvə proqramına dair razılaşma rəsmi Tehranın kütləvi qırğın silahını istehsal etməsinə imkan verməyəcək.
"Report" xəbər verir ki, BBC telekanalına müsahibə verən Stoltenberq bildirib ki, İranla "altılıq" ölkələrinin (
Onun sözlərinə görə, bütün tərəflərin bu mexanizmə ehtiyacı var: "Mən razılaşmanı alqışlayıram və vacib hesab edirəm. Belə bir sənəd hazırlanmasaydı, biz İranın nüvə silahını necə istehsal etməsini müşahidə etməklə kifayətlənəcəkdik".