Yuxarı

NATO baş katibi Hollandiyanı və Türkiyəni gərginlik səviyyəsini azaltmağa çağırıb

NATO baş katibi Hollandiyanı və Türkiyəni gərginlik səviyyəsini azaltmağa çağırıb
Yens Stoltenberq NATO-ya üzv ölkələr arasında qarşılıqlı hörmətin əhəmiyyətini vurğulayıb

Bakı. 13 mart. REPORT.AZ/ NATO Baş katibi Yens Stoltenberq Hollandiyanı və Türkiyəni gərginlik səviyyəsini azaltmağa çağırıb.

"Report" xəbər verir ki, o, həmçinin NATO-ya üzv ölkələr arasında qarşılıqlı hörmətin əhəmiyyətini vurğulayıb.

"Bütün üzvləri bir-birinə hörmət etməyə və gərginliyin azaldılması üçün səylər göstərməyə çağırıram" -  Y.Stoltenberq vurğulayıb.

Baş katib eyni zamanda bütün NATO üzvlərini yaxınlaşdıran amillərə diqqət yetirilməsinə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi