NATO baş katibi Hollandiyanı və Türkiyəni gərginlik səviyyəsini azaltmağa çağırıb

NATO baş katibi Hollandiyanı və Türkiyəni gərginlik səviyyəsini azaltmağa çağırıb Yens Stoltenberq NATO-ya üzv ölkələr arasında qarşılıqlı hörmətin əhəmiyyətini vurğulayıb
Digər ölkələr
13 Mart , 2017 17:47
NATO baş katibi Hollandiyanı və Türkiyəni gərginlik səviyyəsini azaltmağa çağırıb

Bakı. 13 mart. REPORT.AZ/ NATO Baş katibi Yens Stoltenberq Hollandiyanı və Türkiyəni gərginlik səviyyəsini azaltmağa çağırıb.

"Report" xəbər verir ki, o, həmçinin NATO-ya üzv ölkələr arasında qarşılıqlı hörmətin əhəmiyyətini vurğulayıb.

"Bütün üzvləri bir-birinə hörmət etməyə və gərginliyin azaldılması üçün səylər göstərməyə çağırıram" -  Y.Stoltenberq vurğulayıb.

Baş katib eyni zamanda bütün NATO üzvlərini yaxınlaşdıran amillərə diqqət yetirilməsinə çağırıb.

Son xəbərlər

Orphus sistemi