Yuxarı

Myanmanın Nobel sülh mükafatlı lideri ilk dəfə müsəlmanların qovulduğu əraziyə gedib

Myanmanın Nobel sülh mükafatlı lideri ilk dəfə müsəlmanların qovulduğu əraziyə gedib
Aun San Su Çji ölkə müsəlmanlarının anklavına, Maunqdo yaşayış məntəqəsinə baş çəkib
© AFP — Myanmanın xarici işlər naziri, ölkənin faktiki lideri olan Aun San Su Çji

Bakı. 2 noyabr. REPORT.AZ/ Myanmanın xarici işlər naziri, ölkənin faktiki lideri olan Aun San Su Çji müsəlmanlar qovulduqdan sonra ilk dəfə Rakhayna, Arakana səfər edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Myanma liderinin təmsilçisi bildirib.

O, hərbi helikopterlə əyalətin paytaxtı Situeyə gedib.

Bu bölgədə rohinca müsəlmanlarına qarşı işlədilən cinayətdən sonra Aun San Su Çjinin həmin əraziyə ilk səfəridir.

Myanma liderinin təmsilçisi bildirib ki, Nobel sülh mükafatı laureatı Aun San Su Çji ölkə müsəlmanlarının anklavına, Maunqdo yaşayış məntəqəsinə baş çəkib.

2015-ci ildə seçkilərdə qələbə qazanandan sonra ölkə lideri Rakhayna səfər etməyib.

Xatırladaq ki, Myanmadan 800 minə yaxın müsəlman qonşu Banqladeşə sığınıb. Dövlət Departamenti ABŞ-ın Myanmanın Rakhayn ştatında insan haqqlarının pozulmasına görə rəsmi Neypidoya qarşı sanksiya tətbiq oluna biləcəyini bəyan edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi