Myanmadan Banqladeşə qaçan müsəlmanları daşıyan qayıq batıb, ölən və itkin düşənlər var

Myanmadan Banqladeşə qaçan müsəlmanları daşıyan qayıq batıb, ölən və itkin düşənlər var Ölənlərin əksəriyyəti uşaqlardır
Digər ölkələr
28 Sentyabr , 2017 18:55
Myanmadan Banqladeşə qaçan müsəlmanları daşıyan qayıq batıb, ölən və itkin düşənlər var

Bakı. 28 sentyabr. REPORT.AZ/ Myanmadan Banqladeşə qaçan rohinca müsəlmanlarını daşıyan qayıq batıb. 

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 130 müsəlmanın olduğu qayığın Benqal körfəzində qəzaya uğradığını bildirib. 

Xəbərdə onlardan 16 nəfərinin meyitinin tapıldığı, ikisi qadın olmaqla 4 nəfərin isə xilas edildiyi vurğulanıb. Ölənlərin əksəriyyəti uşaqlardır. 

Hazırda onlarla insan itkin düşmüş sayılır. 

Son xəbərlər

Orphus sistemi