Myanmada bərə aşıb, azı 20 nəfər ölüb

Myanmada bərə aşıb, azı 20 nəfər ölüb Gəminin göyərtəsində 40-dan çox sərnişin olub
Digər ölkələr
7 Aprel , 2017 22:15
Myanmada bərə aşıb, azı 20 nəfər ölüb

Bakı. 7 aprel. REPORT.AZ/ Myanmadan keçən Pateyn çayında bərənin aşması nəticəsində ən azı 20 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Associated Press" məlumat yayıb.

Məlumata görə, bərənin göyərtəsində 40-dan çox adam olub.

Hökumət insidentin araşdırılmasına başlayıb.

"Reuters"in məlumatına görə, gəmidə toy mərasimi keçiribi və təqribən 60 nəfər qonaq olub. Bərə yük gəmisi ilə toqquşub və batıb. 27 nəfər xilas ola bilib. Dgər sərnişinlərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi