Yuxarı

Cənubi Koreya rəsmisi Yaponiyadan koreyalı qadınlara qarşı zorakılığa görə üzrxahlıq tələb edib

Mun Xi San imperatorun şəxsən üzr istəməyə tələb edib

Bakı. 13 fevral. REPORT.AZ/ Cənubi Koreya Milli Məclisinin spikeri Mun Xi San Yaponiya imperator Ahikitodan bu ölkənin hərbçilərinin İkinci Dünya Müharibəsi illərində koreyalı qadınlara qarşı seksual zorakılıqlarına görə şəxsən üzr istəməyi tələb edib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Mun Xi Sanın sözlərinə görə, belə simvolik jest bu problemin ətrafında bütün gərginliyi aradan qaldırardı. Siyasətçi həmçinin əvvəlki yapon imperatoru Hiroxitonu nəzərdə tutaraq, Ahikitonu "hərbi cinayətlərin əsas gunahkarının oğlu" adlandırıb.

Yaponiyanın baş naziri Sindzo Abe isə bildirib ki, çoxlu sayda Yaponiya vətəndaşı Mun Xi Sanın tələbindən təəccüb və qəzəb hissi keçirib.

"Bu qəbuledilməzdir ki, parlamentin spikeri belə qeydləri təkrarlayır. Mən tələb edirəm ki, o, öz sözlərini geri götürsün və üzr istəsin", - deyə Abe bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi