​Moskvadan Tbilisiyə uçan təyyarədə yanğın baş verib

​Moskvadan Tbilisiyə uçan təyyarədə yanğın baş verib "Airbus 320" "S7" aviaşirkətinə məxsusdur
Digər ölkələr
3 Fevral , 2016 15:32
​Moskvadan Tbilisiyə uçan təyyarədə yanğın baş verib

Bakı. 3 fevral. REPORT.AZ/ Moskvanın Domodedovo hava limanında "Airbus 320" təyyarəsinin qanadı altında yanğın baş verib.

"Report" xəbər verir ki, bu haqda Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, pilot texniki nasazlıq elan edib.

Xilasedicilər bildirib ki, yanğın təyyarənin mühərrikində olub. Bundan sonra təyyarənin dəyişdirilməsi haqda qərar qəbul edilib.

Qeyd edək ki, "Airbus 320" "S7" aviaşirkətinə məxsusdur. Təyyarə Moskva-Tbilisi reysi üzrə hərəkət etməli imiş.

Son xəbərlər

Orphus sistemi