Moskva-Dubay aviareysində siqaret çəkən qadın təyyarədən endirilib

Moskva-Dubay aviareysində siqaret çəkən qadın təyyarədən endirilib 19 yaşlı Yakutsk sakini cərimə olunub
Digər ölkələr
29 Yanvar , 2018 05:37
Moskva-Dubay aviareysində siqaret çəkən qadın təyyarədən endirilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Moskvadan Dubaya uçmağa hazırlaşan aviareysin qadın sərnişini siqaret çəkdiyinə görə polis tərəfindən təyyarədən endirilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi federal dairə üzrə Nəqliyyat İdarəsinə istinadən TASS məlumat yayıb.

Hadisə yanvarın 28-də Vnukovo hava limanında baş verib. Polisə göyərtədə bir qadının siqaret çəkdiyi və hava gəmisi komandirinin tələblərinə tabe olmadığı barədə məlumat verilib.

19 yaşlı Yakutsk sakini barəsində inzibati protokol tərtib edilib.

Son xəbərlər

Orphus sistemi