Yuxarı

Somali paytaxtında parlament binasının yaxınlığında partlayış olub

Moqadişoda iki partlayış olub

Somalinin paytaxtı Moqadişoda iyunun 15-də iki güclü partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis əməkdaşları məlumat verib.

Bildirilib ki, hər iki partlayış Somali parlamentinin binasının yaxınlığında, “Sayidka” nəzarət-buraxılış məntəqəsinin yerləşdiyi rayonda baş verib.

Hadisə qurbanları və yaralılar barədə məlumat verilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi