Yuxarı

Moldova prezidentinin səlahiyyətləri dondurulub, parlament buraxılıb

​Moldova məhkəməsi ölkə prezidentinin səlahiyyətlərini dondurub

Moldovanın Konstitusiya Məhkəməsi bazar günü keçirilən iclasında parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək üçün ölkə prezidenti səlahiyyətlərinin müvəqqəti icrasının baş nazir Pavel Filipə həvalə olunması barədə qərar çıxarıb.

"Report" xəbər verir ki, bu barədə qərar məhkəmənin rəsmi saytına yerləşdirilib.

Bildirilir ki, Pavel Filip də öz növbəsində parlamentin buraxılması və sentyabrın 6-da növbədənkənar seçkilərin keçirilməsi barədə fərman imzalayıb. İmzalanma mərasimi jurnalistlərin iştirakı ilə baş tutub.

Eyni zamanda, Moldova parlamenti Pavel Filipin prezident vəzifələrinin müvəqqəti icraçısı təyin olunması ilə bağlı çıxardığı qərarı yekdilliklə əsassız sayıb və müvəqqəti Pavel hökmətini tanımayıb. Parlament bundan əlavə ölkədə yaranmış vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət ünvanlayacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi