Bakı. 25 oktyabr. REPORT.AZ/ Gürcüstanın keçmiş prezidenti, Odessa rayonunun sabiq qubernatoru Mixeil Saakaşvili Prezident Administrasiyasından onun vətəndaşlıqdan məhrum edilməsi barədə sənədləri aldığını bildirib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o bu qərardan tezliklə şikayət vermək niyyətindədir.
"Nəhayət, biz Prezident Administrasiyasından sənədləri almışıq, bu gün və ya sabah məhkəməyə gedib şikayət verəcəyik", - M.Saakaşvili deyib.
Bir müddət əvvəl Ukrayna prezidenti Petro Poroşenko M.Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Prezident Administrasiyası bunu M.Saakaşvili tərəfindən vətəndaşlıq alarkən düzgün olmayan məlumatların təqdim edilməsi ilə izah edib.