Mixeil Saakaşvili Kiyevdə binanın damına çıxıb, intihar edəcəyini deyib - FOTO - VİDEO - YENİLƏNİB

Mixeil Saakaşvili Kiyevdə binanın damına çıxıb, intihar edəcəyini deyib - FOTO - VİDEO - YENİLƏNİB Hüquq-mühafizə orqanları Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilini saxlayıb
Digər ölkələr
5 Dekabr , 2017 11:53
Mixeil Saakaşvili Kiyevdə binanın damına çıxıb, intihar edəcəyini deyib - FOTO - VİDEO - YENİLƏNİB

Bakı. 5 dekabr. REPORT.AZ/ Kiyevdə hüquq-mühafizə orqanları Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilini evinin damında saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun silahdaşları bildiriblər.

Qeyd olunur ki, güc strukturu əməkdaşları onu evinin damının kənarından geri çəkib.

Bundan başqa, M.Saakaşvilinin silahdaşları ilə xüsusi təyinatlı dəstənin əsgərləri arasında siyasətçinin Kiyevin mərkəzindəki evinin yaxınlığında qarşıdurma yaşanıb.


*** 11:46

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin evində axtarış həyata keçirir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, axtarış vaxtı Saakaşvili evinin damına çıxıb və etiraz olaraq özünü yerə atacağınə deyib. 

"İndi Saakaşvili damdadır və hüquq-mühafizə orqanları əməkdaşları olduğu güman edilən şəxslərlə danışıqlar aparır. Səs-küy gəlir. Siyasətçi ona toxunacaqları təqdirdə özünü binanın damından aşağı atacağını deyir", - Ukraynanın "1+1" telekanalı məlumat verib.

Telekanalın bildirdiyinə görə, Saakaşvilini saxlamağa çalışıblar.

Son xəbərlər

Orphus sistemi