Yuxarı

Misirin keçmiş daxili işlər naziri 7 il azadlıqdan məhrum edilib

Misirin keçmiş daxili işlər naziri 7 il azadlıqdan məhrum edilib
Həbib əl-Adl 2011-ci ilin yanvar ayında etiraz askiyası iştirakçılarının qətlində iştirak etmək şübhəli bilinərək, mühakimə olunmuşdu

Bakı. 15 aprel. REPORT.AZ/ Misirin keçmiş daxili işlər naziri Həbib əl-Adl dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hökm aprelin 15-də çıxarılıb.

İnformasiyaya əsasən, keçmiş nazir 196 milyon Misir funtu (11 milyon dollara yaxın) məbləğində cərimə də ödəməlidir. Onunla birlikdə Misir Daxili İşlər Nazirliyinin daha iki keçmiş məmuru mühakimə olunub.

Həbib əl-Adl 2011-ci ilin yanvar ayında etiraz askiyası iştirakçılarının qətlində iştirak etməkdə şübhəli bilinərək, mühakimə olunmuşdu. Ancaq sonradan o bu iddia ilə bağlı bəraət almışdı. Məlumata görə, bu ittihamın da yuxarı məhkəmə orqanında ləğv ediləcəyi ehtimal olunur.

Qeyd edək ki, o, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin hakimiyyəti illərində daxili işlər naziri işləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi