Misirdə yaraqlıların avtobusa hücumu nəticəsində 23 nəfər ölüb

Misirdə yaraqlıların avtobusa hücumu nəticəsində 23 nəfər ölüb İki avtomobildə olan yaraqlılar qibti-xristianları daşıyan avtobusu atəşə tutub
Digər ölkələr
26 May , 2017 14:55
Misirdə yaraqlıların avtobusa hücumu nəticəsində 23 nəfər ölüb

Bakı. 26 may. REPORT.AZ/ Misirin cənubunda avtobusa hücum nəticəsində 23 nəfər ölüb, daha 25 nəfər isə yaralanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xalid Moqahed məlumat verib.

Onun sözlərinə görə, ölkənin cənubundakı Əl-Minya əyalətində iki avtomobildə olan yaraqlılar qibti-xristianları daşıyan avtobusu atəşə tutub.

Hücum Müqəddəs Samuil monastırının yaxınlığında, xristianlar Beni-Sueyfdən monastıra gedən zaman baş verib. 

Son xəbərlər

Orphus sistemi