​Misirdə terror nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb

​Misirdə terror nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb Hadisə məhbusları daşıyan avtomobilin keçdiyi yolda baş verib
Digər ölkələr
18 Aprel , 2016 16:38
​Misirdə terror nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb

Bakı. 18 aprel. REPORT.AZ/ Misirin şimalında, Sinay yarımadasında, əl-Arişa rayonunda törədilən terror aktı nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda TASS xəbər yayıb.

Məlumata görə, hadisə məhbusları daşıyan avtomobilin keçdiyi yolda əldəqayırma bombanın partlaması nəticəsində baş verib.

İnformasiyaya əsasən, ölənlər avtomobildəki məhbuslardır. Onlar terror aktı törətməkdə şübhəli bilinərək həbs olunublar. 

Son xəbərlər

Orphus sistemi