Misirdə oksigen balonu partladı, ölən və yaralananlar var

Misirdə oksigen balonu partladı, ölən və yaralananlar var Misirin paytaxtı Qahirədə oksigen balonunun partlayışı nəticəsində ən azı 16 nəfər həlak oldu, daha 21 nəfər yaralandı.
Digər ölkələr
5 Avqust , 2019 04:48
Misirdə oksigen balonu partladı, ölən və yaralananlar var
ТАСС

Misirin paytaxtı Qahirədə oksigen balonunun partlayışı nəticəsində ən azı 16 nəfər həlak oldu, daha 21 nəfər yaralandı.

"Report" "RİA Novosti"ya istinadən xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi bildirdi.

O qeyd etdi ki, hadisə paytaxt mərkəzindəki Xərçəng İnstitutunun yaxınlığında baş verdi. Daxili İşlər Nazirliyinin məlumatına görə, balonun partlayışının səbəbi, yol-nəqliyyat hadisəsi oldu.

Hadisə yerində alışma yarandı. Hal-hazırda əraziyə onlarla yanğın söndürən maşını və təcili yardım avtomobilləri cəlb edilib.

Son xəbərlər

Orphus sistemi