Misirdə nəqliyyat vasitəsi kanala düşüb, 7 məktəbli ölüb

Misirdə nəqliyyat vasitəsi kanala düşüb, 7 məktəbli ölüb Qəza sürücünün səhvi üzündən baş verib
Digər ölkələr
12 Noyabr , 2017 00:45
Misirdə nəqliyyat vasitəsi kanala düşüb, 7 məktəbli ölüb

Bakı. 12 noyabr. REPORT.AZ/ Misirdə kiçik üçtəkərli nəqliyyat vasitəsinin su kanalına düşməsi nəticəsində 7 məktəbli həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü "Əl-Yaum əs-Sabia" nəşri məlumat yayıb.

Polisin məlumatına görə, faciə Qahirənin şimalında yerləşən Buheyra əyalətinin Damanhur şəhəri ətrafındakı kiçik yaşayış məntəqəsində baş verib.

Misirin bir çox şəhərlərində ictimai nəqliyyat kimi istifadə olunan tuk-tuk (üçtəkərli motosiklet) idarəetmədən çıxaraq kanala düşüb. Məktəbliləri xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi