Misirdə baş vermiş partlayışda ölənlərin sayı 309-a çatıb

Misirdə baş vermiş partlayışda ölənlərin sayı 309-a çatıb Bakı. 28 noyabr. REPORT.AZ/ Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məscidə terrorçuların hücumu nəticəsində ölənlərin sayı 309 nəfərə çatıb.
Digər ölkələr
28 Noyabr , 2017 01:55
Misirdə baş vermiş partlayışda ölənlərin sayı 309-a çatıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məscidə terrorçuların hücumu nəticəsində ölənlərin sayı 309 nəfərə çatıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Sinayın Səhiyyə İdarəsindən bildirilib.

Ölənlərin 27-si uşaqdır. Xatırladaq ki, ötən həftənin cümə günü əl-Ariş şəhərindən 40 km aralıda yerləşən əl-Raud kəndindəki məsciddə namaz zamanı partlayış baş verib. Bundan sonra hücum edən 25-30 terrorçu məsciddən qaçan insanlara atəş açmağa başlayıblar.

Terror hadisəsi ilə əlaqədar ölkədə üçgünlük matəm elan olunub.

Son xəbərlər

Orphus sistemi