Misir prezidentinin fəaliyyət müddəti uzadılıb

Misir prezidentinin fəaliyyət müddəti uzadılıb Misirdə keçirilən ümumxalq referendumunda seçicilər səs çoxluğu ilə ölkə konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyiblər. Dəyişikliklərdən biri hazırkı dövlət başçısı Əbdül Fəttah Əs-Sisinin prezidentlik müddətinin uzadılmasını nəzərdə tutur.
Digər ölkələr
23 Aprel , 2019 23:30
Misir prezidentinin fəaliyyət müddəti uzadılıb

Misirdə keçirilən ümumxalq referendumunda seçicilər səs çoxluğu ilə ölkə konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyiblər. Dəyişikliklərdən biri hazırkı dövlət başçısı Əbdül Fəttah Əs-Sisinin prezidentlik müddətinin uzadılmasını nəzərdə tutur.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Seçki Komissiyasının sədri Lyaşin İbrahim deyib.

"Düzəlişlərə seçicilərin 88,33% səs verib. Seçkilərdə iştirak 44,33% təşkil edib", - deyə komissiya sədri Qahirədə keçirilən mətbuat konfransında bildirib.

Bazar ertəsi Misirdə ölkə konstitusiyasına hazırkı dövlət başçısı Əs-Sisiyə 2030-cu ilədək öz postunda qalmaq və səlahiyyətlərini genişləndirmək imkanı verən düzəlişlərin edilməsi üzrə səsvermə başa çatıb.

Düzəlişlər ümumxalq referendumunun nəticələri elan olunduqdan dərhal sonra qüvvəyə minir.

Beləliklə, indi Misirdə prezidentlik müddəti 4 ildən 6 ilə qədər artırılmış olub.

Son xəbərlər

Orphus sistemi