Misir polisi Sinaya hücumun qarşısını alıb, ölənlər və yaralananlar var

Misir polisi Sinaya hücumun qarşısını alıb, ölənlər və yaralananlar var Toqquşma zamanı 3 terrorçu məhv edilib
Digər ölkələr
28 Noyabr , 2017 01:22

Bakı. 28 noyabr. REPORT.AZ/ Misir polisi Şimali Sinay vilayətində, Əl-Arişədə silahlıların keçid-mühafiə məntəqələrinə iki hücumunun qarşısını alıb.

"Report"un məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, silahlı toqquşma zamanı 3 terrorçu məhv edilib.

Telekanalın məlumatına görə, silahlı ekstremistlər buraxılış məntəqəsinə atəş açıblar. Bundan sonra ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşları 3 terrorçunu məhv edib. Daha 2 terrorçu isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi