Bakı. 8 sentyabr. REPORT.AZ/ Misir məhkəməsi 75 nəfər barəsində edam cəzası çıxarıb.
“Report” “Milliyet”ə istinadən xəbər verir ki, ölüm hökmü çıxarılan məhkumlar arasında Misirin devrilmiş və hazırda həbsdə olan prezidenti Məhəmməd Mursinin hakimiyyəti dönəmində - 2014-cü ildə oturaq etiraz aksiyasına qoşulan islamçı liderlər də var.