Yuxarı

Misir hərbçiləri Sinayda iki terrorçunu məhv edib

Misir hərbçiləri Sinayda iki terrorçunu məhv edib
Radikallar Qəza sektoru ilə sərhəddə zərərsizləşdirilib

Bakı. 6 avqust. REPORT.AZ/ Misir hərbçiləri Sinay yarımadasında iki terrorçunu məhv edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələrinin rəsmi nümayəndəsi Tamir ər-Rifai məlumat yayıb.

Ordu nümayəndəsinin sözlərinə görə, radikallar Qəza sektoru ilə sərhəddə, terrorçuların gizli tunelinin aşkarlanmasından sonra zərərsizləşdiriliblər.

Misir hökuməti artıq iki ildən çoxdur ölkənin şimalındakı Sinay yarımadasında, ekstremistlərin sığındığı çətin keçilən ərazilərdə antiterror əməliyyatları keçirir. Həmin regiondan mütəmadi olaraq ekstremistlərin yeni hücumları barədə məlumatlar daxil olur.

Son vaxtlar terrorçuların regionda fəaliyyəti nəticəsində yüzlərlə polis və hərbçi həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi