Miçiqan Universitetində atışma olub, iki nəfər ölüb

Miçiqan Universitetində atışma olub, iki nəfər ölüb Şübhəli şəxsi tutmaq mümkün olmayıb
Digər ölkələr
2 Mart , 2018 21:27
Miçiqan Universitetində atışma olub, iki nəfər ölüb

Bakı. 2 mart. REPORT.AZ/ Miçiqan Universitetində atışma nəticəsində iki nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polisə istinadən universitetin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

"Polis təsdiq edib ki, bu səhər yataqxanada iki nəfər ölümcül yaralanıb. Ölənlər tələbə deyillər və polis hesab edir ki, yaranmış vəziyyət şəxsi münaqişənin nəticəsidir. Hər hansı bir başqa zərərçəkən yoxdur, şübhəli şəxs hələ də azadlıqdadır", - deyə məlumatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi