Merkelin təyyarəsi nasazlığa görə Argentinaya uçuşu yarımçıq dayandıraraq geri qayıdıb

Merkelin təyyarəsi nasazlığa görə Argentinaya uçuşu yarımçıq dayandıraraq geri qayıdıb Bakı. 30 noyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel hökumət təyyarəsində texniki nöqsan səbəbindən G20 sammitində iştirak etmək üçün Argentinaya uçuşunu yarımçıq saxlayıb.
Digər ölkələr
30 Noyabr , 2018 00:40
Merkelin təyyarəsi nasazlığa görə Argentinaya uçuşu yarımçıq dayandıraraq geri qayıdıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel hökumət təyyarəsində texniki nöqsan səbəbindən G20 sammitində iştirak etmək üçün Argentinaya uçuşunu yarımçıq saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı DPA məlumat yayıb.

Onun göyərtəsində olduğu təyyarə Niderland üzərindən uçan zaman heyət üzvləri hava gəmisini Almaniyaya qaytarmaq qərarına gəliblər.

Kanslerin uçuşu cəmi 1 saat çəkib. "Konrad Adenauer" təyyarəsi Kölndə uğurla eniş edib. Orada Merkel digər laynerə minəcək.

Son xəbərlər

Orphus sistemi