Mərakeşin Sahil Mühafizəsi 330 miqrantı xilas edib

Mərakeşin Sahil Mühafizəsi 330 miqrantı xilas edib Mərakeş Hərbi Dəniz Qüvvələrinin Sahil Mühafizəsi dəstələri sutka ərzində təxminən 330 qeyri-leqal miqrantı xilas edib. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu “Tanja 24” portalı hərbi mənbələrə istinadən yazıb.
Digər ölkələr
6 İyul , 2019 04:25
Mərakeşin Sahil Mühafizəsi 330 miqrantı xilas edib

Mərakeş Hərbi Dəniz Qüvvələrinin Sahil Mühafizəsi dəstələri sutka ərzində təxminən 330 qeyri-leqal miqrantı xilas edib. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu “Tanja 24” portalı hərbi mənbələrə istinadən yazıb.

Portalın məlumatına görə, miqrantlar gecə qayıqlarda Cəbəllütariq boğazını keçməyə cəhd göstəriblər. Miqrantların əksəriyyəti Cənubi Saxara ölkələrindən olan mühacirlərdir. Onların arasında qadın və uşaqlar da var.

Miqrantlar Mərakeşin Nador və Ksar Əs-Səğir limanlarına aparılıb və onlara müvafiq yardımlar edilib. 

Son xəbərlər

Orphus sistemi