Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb Dağıntılar altından 69 nəfər xilas edilib
Digər ölkələr
23 Sentyabr , 2017 01:12
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Çərşənbə axşamı Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı ən azı 293 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü respublikanın mülki müdafiə qüvvələrinin milli əlaqələndiricisi Luis Felipe Puente məlumat verib.

"Hazırda 293 nəfərin öldüyü bildirilir. 155 nəfər Mexikoda, 73 nəfər Morelos ştatında, 45 nəfər Puebla ştatında, 13 nəfər Mexiko ştatında, 6 nəfər Qerrero ştatında, 1 nəfər Oaxaka ştatında", - deyə o öz "Twitter" səhifəsində yazıb.

Son xəbərlər

Orphus sistemi